Bildiyiniz kimi müasir dövrdə heç bir şirkəti loqosuz təsəvvür etmək mümkün deyil. İnternet, sosyal medya, vebsayt kimi loqo da bu zamanda böyüməyi hədəfləyən bir şirkət üçün vacib amlillərdən biri sayılır. Çünki loqo bir dəyər daşıyıcısıdır və daşıdığı dəyəri ifadə edir. O, şirkətin ictimaiyyətə yəni bir mənada potensial müştərilərinə baxan üzü və şirkətin onlar arasında bir elçisi və təmsilçisidir. Bu baxımdan loqonun şirkəti ictimaiyyətə düzgün təqdim etməsi onun əsas vəzifələrinin başında gəlir. Buna görə də loqo daşıdığı məna etibariylə kifayət qədər mənalı və sadəliyi ilə yanaşı bir o qədər də yaddaqalan olmalıdır. Çünki ən yaddaqalan loqolar ən sadə loqolardır. Apple, Samsung, Nike, LG və s. bu kimi iri şirkətlərin yaddaqalan olmasının bir əsas səbəbi də loqolarının alıcılar tərəfindən tez xatırlanabiləcək qədər sadə olmasıdır. Necə deyərlər “Az və öz danışmalarıdır”.

Artıq indiki zamanda ətrafında kifayət qədər nüfuz qazanmış şəxslər də onları ictimaiyyətə doğru təqdim edən şəxsi brendlərinin olmasını və buna görə də öz ad və mövqələrinə uyğun loqoya sahib olmaqlarını arzu edirlər. Belə bir məqamda İdeyalogo bu missiyanı öz üzərinə götürür. İdeyalogo olaraq hazırladığımız loqoların bir anlam və ruh daşımasını, qarşısındakının hisslərinə toxunmasını və təbii ki ən əsası da qalıcı olması, yaddaşlara həkk olunması üçün də ona baxanın şüuraltına markanın vermək istədiyi mesajı ötürməsini vacib amil sayırıq. Bu İdeyalogonu əsas fərqləndirən əlamətdir və bu fərqi ilə öndə olmağı öz amalına çevirmişdir. İdeyalogo loqo dizayn xidməti sahəsində sizin etibarlı tərəfdaşınızdır.  Loqonun adından da göründüyü kimi biz müştərilərimizə diqqət çəkən, orjinal və anlamlı loqo tərtibatı xidmətini təqdim edirik. İdeyalogo ideya ilə loqonu birləşdirməklə sizə ideal loqo təqdim edəcəyinə inanır.

Sizə xidmət göstərməkdən məmnun olarıq.